Menu

Rusiyanın bir sıra şəhərlərində müharibə əleyhinə etirazlar keçirilir

24.02.2022, 18:49
Rusiyanın bir sıra şəhərlərində müharibə əleyhinə etirazlar keçirilir

Rusiyanın bir sıra şəhərlərində müharibə əleyhinə etirazlar baş qaldırıb.

"Report" xəbər verir ki, Yekaterinburq və Novosibirsk şəhərlərində Ukraynada aparılan hərbi əməliyyatlara etiraz olaraq yüzlərlə fəal yürüş keçiriblər.

Yekaterinburqda hüquq-mühafizə orqanlarına müqavimət göstərən iki gənc qız saxlanılıb.

Paytaxt Moskvada Puşkin meydanında bir qrup fəal nəqliyyatın hərəkətinə mane olaraq müharibə əleyhinə şüarlar səsləndiriblər.

Rusiyanın qərb qapısı Sankt-Peterburqda da Ukraynadakı hərbi əməliyyatlara etiraz olaraq insanlar küçələr axışıblar. Üç nəfər saxlanılıb.

Şərhlər

Türk Turan 2022-02-24 20:37:48

Əla! Deməli edam olunmalı biri varsa o da ağılsız, zalım putindir! Xalqlar dostluğu, mədəniyyəti sevirlər, müharibəni, alçaqlığı yox!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol