Menu

Rusiya aviaşirkətlərinə Britaniyaya uçmaq qadağan edildi

24.02.2022, 23:26
Rusiya aviaşirkətlərinə Britaniyaya uçmaq qadağan edildi

Rusiya aviaşirkətlərinin Böyük Britaniyanın hava məkanına girişi qadağan edilib.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə nəqliyyat naziri Qrant Şapps bildirib.

“Rusiyaya məxsus hava yollarının Böyük Britaniya hava məkanına daxil olmasını və Britaniya ərazisinə enməsini qadağan edən məhdudiyyətləri imzaladım”, - deyə nazir bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol