Menu

“Rusiya rəhbərliyini görünməmiş təcrid gözləyir” - Aİ

25.02.2022, 00:17
“Rusiya rəhbərliyini görünməmiş təcrid gözləyir” - Aİ

Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borrel gün ərzində G7 ölkələrinin xarici işlər nazirləri ilə Rusiyanın Ukraynaya hücumuna cavab olaraq atılacaq koordinasiyalı hərəkətləri müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə Josep Borrel özünün tviter hesabında yazıb.

“G7 ölkələrinin xarici işlər nazirləri gün ərzində Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq atacağımız koordinasiyalı hərəkətləri müzakirə etdik. Rusiya rəhbərliyini görünməmiş təcrid gözləyir.

Transatlantik tərəfdaşlarımızla Ukrayna ilə həmrəyik”, - Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi sosial şəbəkədəki hesabında qeyd edib.

Şərhlər

Eli 2022-02-25 01:51:08

Bu Avropa hele de Putini tanımayıb.Bu adamı tanıyanda Hitler onların gözünde Melek kimi görünecek,onda ise gec olacaq.Niye bunlar Putinin hakimiyyetde olduğu müddetde onun fealiyyetinebqiymet verib netice çıxara bilmirler.Bı ise tek onlara yox bütün beşeriyyete çox baha başa gelecek.Bu adamı Ana yox İblis doğub.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol