“Putin – qəsbkardır. Müharibəni o başlayıb. İndi həm özü, həm də ölkəsi bunun acı nəticəsini görəcək”. Novator.az saytı xəbər verir ki, fevralın 24-də ABŞ prezidenti Cozef Bayden Ukraynaya hücuma görə Rusiyaya tətbiq olunan yeni sanksiyaları elan edərkən belə deyib.
Rusiyanın hərbi təcavüzündən danışarkən ABŞ prezidenti vurğulayıb ki, məsələ tək Ukraynada deyil: “Rusiya prezidenti Vladimir Putinin ambisiyaları Ukraynanın hüdudlarını aşır. O, mahiyyətcə keçmiş Sovet İttifaqını bərpa etmək istəyir. Məsələ bundadır. Və onun bu iddiası dünyanın indiki inkişafı ilə daban-dabana ziddiyyət təşkil edir”.
Cozef Bayden hazırda Vladimir Putinlə hər hansı danışıq aparmaq niyyətində olmadığını söyləyib.
ABŞ prezidenti sanksiyaların Rusiyanı zəiflədəcəyinə əminliyini ifadə edib: “Ukraynaya hücum Rusiyaya, onun iqtisadiyyatına baha oturacaq”.


Şərhlər
Eger bu melumat doğrudursa demek dünyanın sonu yaxınlaşır ve nu meselede Putin yox ABŞ,Avropa ve SSRİ- nşn dağılmasına nail olan dövletler günahkardır.SSRİ dağılandan sonra bu dövletler Rusiyanı yerinde oturda bilmediler ve indiki veziyyet yarandı.Artıq gecdir ,eger Putin tecili ortadan götürülmese onun öhdesinden heç bir dövlet ve birlik gele bilmeyecek ,o her şeye gedecek.
Baydenin dediklərində həqiqət vardır.Bizdə də vəzifələrə sovet kadrlarının,Rusiya casuslarının və keçmiş komsomol işçilərinin irəli çəkilməsi bunu sübut edir.Təəssüf ki hələ də sovet imperiyasının bərpa olunacağı xülyası ilə yaşayan debillər var.