Menu

Rusiyalı milyarderlər bir gündə 39 milyard dollar itiriblər - “Rusiyada fond indeksi tarixin ən pis günlərini yaşayır” + (FOTO)

25.02.2022, 15:15
Rusiyalı milyarderlər bir gündə 39 milyard dollar itiriblər - “Rusiyada fond indeksi tarixin ən pis günlərini yaşayır” + (FOTO)

Rusiya Prezidenti Vladimir Putinin Ukraynanı işğal etmək qərarından sonra rus biznesmenlər ciddi sanksiyalarla üzləşiblər. Rus milyarderlər 24 saat ərzində təxminən 39 milyard dollar itiriblər.

“AzPolitika.info” ABŞ-ın “Bloomberg” saytına istinadla xəbər verir ki, Ukraynada baş verən hadisələrə görə Rusiyanın ən varlı iş adamlarının səhmlərində ciddi ucuzlaşma baş verib.

Məsələn, Vaqif Ələkbərovun “Lukoyl” şirkətinin səhmləri təxminən 6,2 milyard dollar ucuzlaşaraq, 13 milyard dollara qədər geriləyib. Moskvada yerləşən neft istehsalçısının səhmləri cümə axşamı təxminən 33 faiz ucuzlaşıb. Polad istehsalçısı “Severstal”-ın sahibi Aleksey Mordaşov ötən gün 4,2 milyard dollar itirdiyindən sərvəti 23 milyard dollara qədər azalıb. “Norilsk Nikel” şirkətinin prezidenti və hazırda Rusiyanın ən zəngin iş adamı Vladimir Potanin bir gündə təxminən 3 milyard dollar itirib. Vaqif Ələkbərov və Gennedi Timçenko isə hər biri təxminən 10 milyard dollar və ya sərvətlərinin 40%-dən çoxunu itiriblər.

Elvin Bəyməmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol