Menu

“Xocalı soyqırımının törədilməsində 366-cı alay xüsusi rol oynayıb” - Prezidentin köməkçisi

25.02.2022, 11:50
“Xocalı soyqırımının törədilməsində 366-cı alay xüsusi rol oynayıb” - Prezidentin köməkçisi

“30 il əvvəl Azərbaycanın Xocalı şəhərində faciə baş verib”.

APA-nın xəbərinə görə, bunu bu gün Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş konfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Azərbaycan Prezidentinin köməkçisi beynəlxalq mətbuatda Xocalı soyqırımının işıqlandırılması barədə danışıb.

“Xocalı tək Azərbaycanın faciəsi deyil, bu, bəşəriyyətin ləyaqətinin alçaldılması idi. Xocalı bütövlükdə beynəlxalq ictimaiyyətin faciəsidir”, - Hikmət Hacıyev qeyd edib.

O vurğulayıb ki, soyqırımın törədilməsində 366-cı motoatıcı alay xüsusi rol oynayıb: “Xocalı mütəşəkkil hərbi qüvvələrin keçirdiyi əməliyyat zamanı işğal olunub, soyqırımı törədilib”.

Şərhlər

Köhnə qarabağlı 2022-02-25 13:36:31

Səhv etmirəmsə yerli mülkü vətəndaşlara-insanlığa qarşı tarixin ən amansız-ağır CİNAYƏTİ olduğu kimi də mühakimə edilməlidir! Alaydı, daşnaqdı, ya dalaydlmı daha cinayətkar Prokuror təhqiqatı və Məhkəmə qərarı təsdiqləyər?

RAHİM 2022-02-25 12:10:51

Hörmətli HİKMƏT BƏY YAXŞI OLARDI Kİ 366- CI Alaya QARŞI da cinayət işi başlanardı. Xalqın istəyi
onda yerinə yetərdi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol