Menu

Bakıda narkotikə görə tutulan şəxsə 8 il həbs cəzası verilib

25.02.2022, 12:20
Bakıda narkotikə görə tutulan şəxsə 8 il həbs cəzası verilib

Bakıda qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən Anar Məmmədova hökm oxunub və o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

"Report" xəbər verir ki, hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, paytaxt sakini A.Məmmədov ötən ilin dekabr ayında Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı tutularaq istintaqa təqdim olunub.

Üzərində şəxsi axtarış aparılan zaman ondan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

O, ifadəsində narkotik maddələri tanışı Məhərrəm adlı şəxsdən istifadə etmək məqsədi ilə aldığını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol