Almaniyanın Maliyyə naziri Kristian Lindner ölkəsi tərəfindən bütün Rusiya banklarının bloklandığını və Rusiya ilə biznes əlaqələrinin kəsildiyini bəyan edib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Almaniyalı nazir bunu Avropa ölkələrinin maliyyə nazirlərinin Parisdə keçirilən görüşündən öncə deyib.
Ancaq təbii qazın alınması ilə bağlı əməliyyatlar istisna təşkil edir. Bununla yanaşı o, bütün variantların masa üzərində olduğunu deyib.
“AzPolitika.info”


Şərhlər