Menu

“Rusiyaya qarşı döyüşməyəcəyik” - Britaniyanın müdafiə naziri

25.02.2022, 17:23
“Rusiyaya qarşı döyüşməyəcəyik” - Britaniyanın müdafiə naziri

“Britaniya qoşunları Rusiyaya qarşı döyüşməyəcək”.

APA-nın London bürosu xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles BBC-yə müsahibəsində bildirib.

O, bunun Avropa müharibəsinə səbəb olacağını, buna görə də Böyük Britaniya qoşunlarının Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya göndərilməyəcəyini təsdiqləyib.

“Ukrayna NATO-ya daxil deyil, Böyük Britaniya əsgərlərinə hücum alyansa hücum kimi qiymətləndiriləcək”, - nazir qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol