Kiyevin meri Vitali Kliçko əlində silah paytaxtın müdafiəsinə qalxacağını deyib.
“AzPolitika.info” xəbər verir ki, Kliçko bu gün verdiyi bəyanatda sona qədər savaşacağını bildirib: “Bu, artıq qanlı müharibədir. Mənim başqa seçimim yoxdur, mən bunu etməliyəm. Mən savaşacağam. Putin Ukrayna dövlətini, onun suverenliyini, vətəndaşlarını məhv etmək istəyir. Biz bütün vasitələrlə azadlıq və demokratiyanı müdafiə edəcəyik”.
“AzPolitika.info”


Şərhlər