Menu

ABŞ konqresmenləri Rusiyanı BMT TŞ-dan çıxarmağı təklif ediblər - KİV

26.02.2022, 00:31
ABŞ konqresmenləri Rusiyanı BMT TŞ-dan çıxarmağı təklif ediblər - KİV

ABŞ konqresmenləri Rusiyanın BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlüyündən çıxarılması barədə təklifin yer aldığı qətnamə işləyib hazırlayıblar. Bu sənəd Ukrayna üzrə silahsızlaşdırma barədə Rusiyanın xüsusi əməliyyatı fonunda hazırlanıb.

Bu barədə «Axios» portalı sənədin qaralamasına istinadla xəbər verib.

Sənədə əsasən, konqresmenlər BMT-ni ləngimədən Nizamnamənin 23-cü maddəsinə Rusiya Federasiyasının BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən çıxarılması barədə düzəliş qəbul etməyə çağırıblar.

Qətnamədə təsdiqlənir ki, Rusiyanın Ukraynaya soxulması və Donbass "respublikalarını" tanıması beynəlxalq sülhə birbaşa təhdiddir və onun BMT TŞ daimi üzvü kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir.

Portalın yazdığı kimi, qətnamənin işlənməsi təşəbbüsü ABŞ Konqresi Nümayəndələr Palatasının beynəlxalq məsələlər komitəsinin üzvü, respublikaçı Klaudin Tenniyə və ABŞ Demokrat partiyasının nümayəndəsinə məxsusdur. Konqresin bir neçə üzvü artıq açıq şəkildə qətnamənin lehinə çıxış edib.

BMT Nizamnaməsinə görə, ona düzəliş edilməsi üçün bütün daimi üzvlərin imzası tələb olunur. Bu zaman Rusiya belə təkliflərə veto qoymaq hüququna malikdir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol