Menu

Çexiya və Holandiya da Ukraynaya hərbi yardım göndərir (Yenilənib)

26.02.2022, 17:00
Çexiya və Holandiya da Ukraynaya hərbi yardım göndərir (Yenilənib)

Niderland ən qısa vaxtda Ukraynaya 200 “Stinger” hava hücumundan müdafiə sistemi tədarük edəcək.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Hollandiya parlamenti bu gün Ukrayna ordusuna silah yardımı edilməsi barədə qərar qəbul edib. Bu qərara uyğun olaraq, Hollandiya hökuməti Kiyevə 200 ədəd “Stinger” hava hücumundan müdafiə raketi göndərəcək. 

Hollandiya Müdafiə Nazirliyi bildirib ki, bu silahları Ukraynaya mümkün qədər tez təhvil verəcək.

Niderlandın xarici işlər naziri Vopke Hoekstra qeyd edib ki, ölkəsi Ukraynaya hava hücumundan müdafiə sistemləri ilə yanaşı, Rusiya hücumundan özünü müdafiə etməsi üçün əlavə hərbi ləvazimatlar yollayıb, bunlardan bəziləri artıq çatıb, bəziləri isə yaxın gələcəkdə çatdırılacaq.

Çexiya Respublikası da Ukraynaya hərbi yardım göndərəcəklərini açıqlayıb. Praqa hökuməti Ukraynaya 8,6 milyon dollar dəyərində silah-sursat yardımının göndərilməsini təsdiqləyib. Çexiya Müdafiə Nazirliyi “Twitter” hesabında hərbi yardımların davam etdiriləcəyini bildirib.

Elvin

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol