Menu

Ukrayna müharibədəki itkilərini açıqladı

26.02.2022, 14:28
Ukrayna müharibədəki itkilərini açıqladı

İndiyədək Rusiya silahlı qüvvələri 198 ukraynalını öldürüb. "Report"un məlumatına görə, bu barədə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko açıqlama verib.

O bildirib ki, dünyasını dəyişənlərdən üçü uşaqlardır. Lyaşko aralarında yetkinlik yaşına çatmayanlardan ibarət olmaqla, daha 1 115 nəfərin yaralandığını bildirib.

Nazir qarşı tərəfin təcili yardım maşınlarına da atəş açaraq beynəlxalq humanitar hüququn normalarını kobudcasına pozduğunu əlavə edib. Bununla yanaşı, Lyaşko vurğulayıb ki, Ukraynanın tibb sistemi işləməkdə davam edir. Nazirlik isə bütün xəstəxanaların gərəkli ləvazimatlarla təmin olunması istiqamətində çalışır.

Lyaşko ötən gecə Xersondakı sığınacaqda quraşdırılmış doğum evində partlayış səsləri altında 2 körpə oğlanın doğulduğunu söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol