Menu

3 qurum birgə ağacəkmə aksiyası keçirib - 613 ağac əkilib (FOTO)

26.02.2022, 16:43
3 qurum birgə ağacəkmə aksiyası keçirib - 613 ağac əkilib (FOTO)

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin üzvü olan millət vəkilləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Heydər Əliyev Fondunun nümayəndələri və könüllülərin iştirakı ilə Xocasən gölü ətrafında 613 ədəd Eldar şamı və zeytun ağacı əkilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol