Menu

Bakıda Ukrayna səfirliyi qarşısında dəstək aksiyası keçirilib - VİDEO

26.02.2022, 17:38
Bakıda Ukrayna səfirliyi qarşısında dəstək aksiyası keçirilib - VİDEO

“Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik”. Oxu.Az xəbər verir ki, bu ictimaiyyət nümayəndələrinin Bakıda Ukrayna səfirliyi qarşısında keçirdikləri aksiyada bildirilib.

Aksiya Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) təşkilatçılığı ilə keçirilib.

UABD-ın sədri Hikmət Cavadov Ukraynanın Azərbaycana hər zaman dəstək verdiyini xatırladıb: “Vətən müharibəsi zamanı Ukrayna beynəlxalq arenada Azərbaycanı dəstəkləyib. Biz də buğun Ukraynanın yanındayıq”.

Sonda aksiya iştirakçıları həmrəylik nümayiş etdirərək Ukraynanın Dövlət Himnini oxuyublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol