Menu

SOCAR-ın Ukraynadakı YDM-ləri benzini PULSUZ ETDİ! - Azərbaycandan BÖYÜK DƏSTƏK!

26.02.2022, 21:19
SOCAR-ın Ukraynadakı YDM-ləri benzini PULSUZ ETDİ! - Azərbaycandan BÖYÜK DƏSTƏK!

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ukraynada yerləşən yanacaqdoldurma məntəqələrinə göstəriş verib.

"Musavat.com"un mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, göstərişə əsasən, Ukrayna şəhərlərində SOCAR yanacaqdoldurma məntəqələrində təcili yardım, yanğınsöndürən və digər humanitar sahələrə aid maşınlara yanacaq pulsuz verilir.

Bu, Ukrayna xalqına böyük dəstəkdir və Azərbaycan dövləti tərəfindən Ukraynanın haqq davasının dəstəklənməsinin göstəricisidir.

Xatırladaq ki, bir saat öncə Ukrayna dövlət başçısı Volodimir Zelenskinin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək humanitar yardımlara görə təşəkkür etməsi ilə bağlı rəsmi məlumat yayılıb.

Şərhlər

Veteran 2022-02-26 23:18:35

Əgər bu doğrudursa Alqışlayırıq.

Amil 2022-02-26 23:17:03

Ükrayna xalqına nəinki benzin, can belə qurbandır.Ukrayna xalqı buna layiqdir.Sağ olsun SOKAR.Yaşasın UKRAYNA XALQI.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol