Menu

Çin Ukraynanın suverenliyinə hörmət olunmasını tələb edib

26.02.2022, 21:48
Çin Ukraynanın suverenliyinə hörmət olunmasını tələb edib

Çinin Xarici İşlər Nazirliyi (XİN) Ukraynadakı situasiya ilə bağlı bəyanatla çıxış edib.

İdarənin başçısı Van İnin qeyd etdiyi kimi, Pekin hesab edir ki, «dünyanın bütün ölkələrinin suverenliyinə hörmət olunması qaçılmazdır».

«Çin dünyanın bütün ölkələrinin suverenliyinə və ərazi bütövlüyünə hörmət olunması mövqeyindən çıxış edir və BMT nizamnaməsinin məqsəd və prinsiplərinə sadiqdir. Bu mövqe həm də Ukraynaya aiddir» - ÇXR XİN onun sözlərindən sitat gətirir.

Bundan əvvəl, Çinin MBT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Ukrayna ətrafındakı bütün ölkələri təmkin nümayiş etdirməyə çağırıb və əmin olduğunu bildirib ki, münaqişənin sülh yolu ilə həli üçün qapı hələ də tam bağlı deyil.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol