Birləşmiş Ştatlar Ukraynanın neytral status qəbul etmək qərarını dəstəkləyəcək, əgər ölkə rəhbərliyi belə qərar qəbul etsə.
Belə bəyanatı «Kommersant» nəşrinə müsahibəsində fevralın 26-da ABŞ Dövlət katibinin müavini Uendi Şerman səsləndirib.
«Ukraynanın özü üçün qəbul edəcəyi qərarı dəstəkləyəcəyik. Biz, böhranın lap əvvəlindən demişdik ki, Ukraynasız heç nə etməyəcəyik. Biz, Avropa ilə Ukraynasız heç nə etməyəcəyik. Biz, onların qəbul edəcəyi qərarı dəstəkləyəcəyik» - o, deyib.
Bundan başqa, Dövlət Departamentinin nümayəndəsi ABŞ-ın strateji sabitlik məsələsi üzrə Rusiya ilə dialoqdan imtina etdiyini təsdiqləyib. «Prezident Putin Ukrayna xalqına qarşı müharibə aparmaq qərarı verdi ki, bu ölkə və onun vətəndaşlarının qəbul etdiyi seçimi dağıtsın. Ona görə də indiki mərhələdə strateji sabitlik dialoqu üçün səbəb görmürəm» - Şerman bəyan edib.
AzPolitika.info


Şərhlər