Tokio Moskva ilə sülh müqaviləsi üzrə danışıqların strategiyasına Rusiyanın Ukraynadakı hərbi əməliyyatları ilə bağlı yenidən baxa bilər.
Bu barədə fevralın 26-da Yaponiyanın «NHK» telekanalı hökumət mənbələrinə istinadla xəbər verib.
Qeyd olunur ki, hökumət üzvləri və hakim Liberal-demokratik partiyasının üzvləri arasında tez-tez belə fikir səslənir ki, Rusiya ilə sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi və Kuril adalarında (cənub hissəsi) birgə təsərrüfat fəaliyyəti mümkün deyil. Xüsusilə, hakim partiyanın siyasi şurasının sədri Sanae Takaiti qeyd edib ki, Rusiya ilə iqtisadi əməkdaşlıq cari situasiyada əldə oluna bilməz.
Yaponiyanın ardıcıl mövqeyi ondan ibarətdir ki, o, ərazi məsələsini həll edəndən sonra Rusiya ilə sülh müqaviləsi imzalamağa can atır.
Moskva və Tokio ötən əsrin ortalarından İkinci Dünya müharibəsinin nəticələrinə əsasən sülh müqaviləsinin işlənməsi istiqamətində danışıq aparırlar. Bu yolda əsas maneə Kurilin cənub hissəsinə sahiblk uğrundakı fikir ayrılığıdır.
AzPolitika.info


Şərhlər