Menu

Belarus da SWIFT-dən kəsilə bilər

27.02.2022, 00:26
Belarus da SWIFT-dən kəsilə bilər

Avropa Birliyi Belarusun SWIFT beynəlxalq ödəmə sistemindən ayrılmasını istisna etmir.

Bu barədə “Azadlıq radiosu”nun əməkdaşı Rikard Yozvyak məlumat yayıb.

“AB xarici işlər nazirləri sabah videokonfrans formatında toplanacaqlar. Burada onlar SWIFT sanksiyaları üzrə anlaşmaları müzakirə edəcəklər. Belarusun da ödəmə sistemindən ayrılması təklif olunur”,-deyə jurnalist yazıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol