Menu

“Nümayəndə heyətimiz Rusiya ilə Ukrayna-Belarus sərhədində danışıqlar aparacaq” - Zelenski( Yenilənib)

27.02.2022, 18:29
“Nümayəndə heyətimiz Rusiya ilə Ukrayna-Belarus sərhədində danışıqlar aparacaq” - Zelenski( Yenilənib)

Ukrayna prezidenti Volodimir Zelenski belaruslu həmkarı Aleksandr Lukaşenko ilə söhbətinin təfərrüatlarını açıqlayıb.

O, bildirib ki, Rusiya ilə Ukrayna-Belarus sərhədində, Pripyat çayı üzərində görüşmək barədə razılıq əldə olunub.

Zelenskinin sözlərinə görə, Lukaşenko Ukrayna nümayəndə heyətinin təhlükəsizliyinə görə məsuliyyəti öz üzərinə götürüb. Həmçinin, Belarus prezidenti danışıqlar zamanı ölkə ərazisindəki bütün təyyarə, helikopter və raketlərin havaya qalxmayacağına zəmanət verib.

***

Ukrayna tərəfi Qomeldə (Belarus) danışıqlara razı olub. Bu barədə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski məlumat verib.

Hazırda onun başçılıq etdiyi nümayəndə heyəti yenidən görüş yerinə qayıdır.

Qeyd edək ki, bir qədər əvvəl  Ukrayna Prezidenti Volodimir Zelenski ilə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub. Məhz Lukaşenkonun Zelenskini Qomelə nümayəndə heyəti göndərməyə razı saldığı bildirilir. 

***

Rusiya nümayəndə heyətinin Qomeldə Ukrayna ilə danışıqları gözləmək üçün elan etdiyi vaxt başa çatıb.

Ukrayna tərəfi öncədən də dediyi kimi görüşə getməyib.

Xatırladaq ki, Rusiya nümayəndələri bu gün saat 15:00-a (Bakı vaxtı ilə 16:00) qədər Qomeldə (Belarus) görüşlə bağlı razılığa gəlmək üçün Ukraynadan təsdiq gözləyəcəklərini bildirmişdilər.

Bunu Rusiya Federasiyasının nümayəndə heyətinin rəhbəri Vladimir Medinski demişdi. 

Ukrayna Prezidenti isə Belarusda danışıqlara başlamaq təklifindən xəbərdar olduğunu bildirib. ancaq Zelenski qeyd edib ki, Kiyev onun tərəfində hərbi əməliyyatlar olmasaydı, Belarusda danışıqlara razı olardı.

Zelenski bildirib ki, başqa şəhərlər danışıqlar üçün platforma ola bilər, lakin Belarusda deyil: “Varşava, İstanbul, Bakı - biz bu şəhərləri danışıqlar üçün Rusiyaya təklif etmişik. Və raketlərin Ukraynaya uçmadığı hər hansı digər şəhər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol