Menu

Rusiya MN Ukraynada itkilər verildiyini etiraf etməyə başladı

27.02.2022, 21:26
Rusiya MN Ukraynada itkilər verildiyini etiraf etməyə başladı

Ukraynadakı müharibədə Rusiya ordusunun hərbçiləri həlak olub. “Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya Müdafiə Nazirıliyinin xüsusi nümayəndəsi, general-mayor İqor Konaşenkov həlak olan rus əsgərlərinin sayını açıqlamayıb.

Bununla yanaşı, o, qeyd edib ki, müharibənin gedişatında yaralanan rus hərbçiləri də var. General-mayor Ukrayna tərəfinin də itki verdiyini bildirib.

Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıblar

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol