Menu

Aİ Ukraynaya hərbi təyyarələr verəcək

28.02.2022, 01:39
Aİ Ukraynaya hərbi təyyarələr verəcək

Avropa İttifaqı Ukraynaya hərbi təyyarələr verməyi planlaşdırır.

APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel açıqlama verib.

Diplomat həmçinin bildirib ki, ittifaq ölkələri Kiyevə 450 milyon avro yardıma dair razılığa gəliblər.

Ukraynaya əlavə olaraq 50 milyon avroluq yanacaq və müdafiə vasitələri göndəriləcək.

“Biz Ukraynaya letal silahlar, o cümlədən döyüş təyyarələri gönfərməyə hazırlaşırıq” – deyə Borrel vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol