Menu

“Növbəti 24 saat Ukrayna üçün həlledici ola bilər” - Zelenski

28.02.2022, 08:39
“Növbəti 24 saat Ukrayna üçün həlledici ola bilər” - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın Baş naziri ilə telefon danışığında növbəti 24 saatın Ukrayna üçün həlledici olacağını bildirib.

APA-nın Reutersə istinadla xəbərinə görə, Boris Conson bildirib ki, müttəfiqlər yardımların Ukraynaya mümkün qədər tez çatması üçün çalışırlar.

Baş nazir həmçinin Ukraynaya əlavə 40 milyon funt sterlinq (80 milyon AZN) yardım ayrıldığını bildirib. Bu yardım tibbi ləvazimatların alınmasına yönəldiləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol