Menu

Avropa Komissiyası yeni tərkibdə işə başlayıb

01.11.2014, 18:35
Avropa Komissiyası yeni tərkibdə işə başlayıb

Avropa Komissiyası yeni tərkibdə - Lüksemburqun sabiq baş naziri Jan-Klod Yunkerin rəhbərliyi altında işə başlayıb.

APA-nın məlumatına görə, Avropa Komissiyasının yeni tərkibində 28 komissar var, onlardan 9-u qadındır. Yunker yeni tərkibi Avropa Parlamenti ilə razılaşdırarkən cəmi bir nəfərin – enerji məsələləri üzrə komissar vəzifəsinə namizəd olan Sloveniyanın sabiq baş naziri Alenka Bratuşekin adını siyahıdan çıxarmalı olub.

Nəticədə bu vəzifəni slovak siyasətçi Maroş Şefkoviç tutub. Sabiq enerji komissarı Günter Öttinger informasiya siyasəti üzrə komissar vəzifəsində çalışacaq.

Xarici işlər və təhlükəsizlik məsələləri üzrə komissar vəzifəsini isə Ketrin Eştondan İtaliyanın sabiq xarici işlər naziri Federika Mogerini təhvil alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol