Belarusda Aleksandr Lukaşenko hakimiyyəti konstitusiyaya dəyişikliklər üzrə referendumun baş tutduğunu bəyan edib. Məqsəd Lukaşenkonun hakimiyyətini uzatmaq, Belarusun qeyri-nüvə ölkəsi statusunu ləğv etmək idi. Müxalifət və Qərb referendumu qanunsuz, biabırçılıq adlandırıb.
Minskdə seçki komissiyasının məlumatına görə, səsverməyə gedən seçicilərin 65 faizi dəyişikliklərin lehinə, 10 faizi əleyhinə səs verib. Minskdə və başqa yerlərdə səsverməyə, eləcə də Belarusun qonşu Ukraynaya Rusiyanın təcavüzündə roluna böyük etirazlar keçirilib.
Fevralın 28-də Daxili İşlər Nazirliyi 800-dən çox adamın saxlandığını bildirir. Belarusdakı insan haqları fəallarının fevralın 27-də verdiyi məlumata görə, azı 530 nəfər həbs olunub.
Konstitusiyaya dəyişikliklər 1994-cü ildən Belarusu idarə edən Lukaşenkonın vəzifə müddətini uzatmasına, siyasətdən gedəndən sonra təqibə qarşı ömürlük toxunulmazlıq əldə etməsinə yol açır. Həmçinin gələcəkdə Belarus ərazisində Rusiya əsgərləri və nüvə silahlarının daimi yerləşdirilməsinə icazə verilir.
Fevralın 27-də Litvada Belarusun müxalifət lideri Svetlana Tixanovskaya yüzlərlə həmvətəni ilə birlikdə Minsk rejiminə etiraz aksiyasına çıxıb, Putin ordusunun Ukraynaya hücum üçün bu ölkədən istifadəsi pislənilib. “Yaşasın Belarus”, “Ukraynaya eşq olsun” şüarları səsləndirməklə onlar sıravi belarusluların Ukraynaya hücuma qarşı olmasını dünyaya anlatmaq istədiklərini deyiblər.
“Ukraynalı qardaşlarımız sükutumuza görə bizi bağışlamaz”, – Litvada yaşayan Tixanovskaya jurnalistlərə deyib. Konstitusiyaya dəyişikliklər hərəsi beş il olmaqla yalnız iki dəfə prezident seçilməyə imkan verir. Amma bu məhdudiyyət gələcəyə aiddir. Bu isə Lukaşenkanın 81 yaşınadək hakimiyyətdə qalmasına yol açır.
67 yaşlı Lukaşenko üçüncü dəfədir Belarus konstitusiyasını dəyişir.
O, 1996-cı ildə prezident kimi öz səlahiyyətlərini genişləndirdi, parlamentinkini məhdudlaşdırdı. 2014-cü ildə isə prezidentlik müddətinə məhdudiyyəti qaldırdı. (azadliq.org)


Şərhlər
Bu doğrudanda kolxoz sıpası imiş.
Dünyada şerefsiz,ağılsuz,leyaqetsiz ve bedbext adam çoxdur.Onlardan biri de bu gerizekalıdır.Tek özü ve ailesini fikirleşib millete ve dövlete tüpürüb.Millet ayağa qalxıb bunu tarixin zibilliyine atmasa beleleri hettsAllahluq iddiasına düşerler.