Menu

“Rusiya NATO-nun ərazisini də bombalaya bilər” – Qırıcı təyyarələr haradan havaya qalxacaq?

28.02.2022, 15:27
“Rusiya NATO-nun ərazisini də bombalaya bilər” – Qırıcı təyyarələr haradan havaya qalxacaq?

"Dünən Rusiya Prezidenti Vladimir Putinin nüvə arsenalının xüsusi rejimə gətirilməsi ilə bağlı sərəncamı ilə yanaşı, Avropa İttifaqının rəhbəri Josep Borrell Ukraynaya qırıcı təyyarələr göndəriləcəyini açıqladı. Bunlar quru yolla daşınıb Ukraynaya verilən dəbilqə, "Javelin", "Stingers" və qoruyucu jiletlər deyil. Bu təyyarələr döyüş tapşırıqlarını yerinə yetirmək üçün hardansa uçmalıdır".

"AzPolitika.info" xəbər verir ki, bu barədə politoloq Fərhad Məmmədov bildirib. 

Ekspert sual edir ki, bu qırıcıların Ukraynanın hansı hava limanından havaya qalxacaqları sual doğurur: "Yəni, əslində, ukraynalı döyüşçülər heç olmasa onları yenidən rəngləməyə vaxt tapacaqlar?! Təyyarələr NATO üzvü olan ölkənin ərazisindən, yaxud Ukraynadan havalanıb Rusiya Silahlı Qüvvələrini bombalamalıdır. Amma Rusiyanın qırıcıların qalxdığı yerləri bombalamaq imkanı var, bu NATO ərazisi olsa belə".

"AzPolitika.info"

Şərhlər

Seyid Ənhu 2022-02-28 23:09:51

HÖRMƏTLİ AZPOLİTİKA BU EKSPERT RUSİYANI AZƏRBAYCANDAN ÇOX SEVR. LÜTFƏN BUNU AZPOLİTİKYA BXMAIN

turan 2022-02-28 19:41:38

Bu "ekspert" bilmir ki təyyarələr artıq Ukrayna məkanına girəndə Ukraynanın bildiririş işarəsilə girir? Yaxud artıq 10 rus təyyarəsi məhv etmiş ukraynalı pilot hardan havaya qalxır? Əcəb "ekspert"dir. Az yalançı rus kanallarına baxmaq lazımdır. Bizim müharibəni yada salın. Hər gün bizim barədə qatıqlıyırdılar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol