Avropada təhsil alan rusiyalı tələbələrin universitetlərdən kənərlaşdırılmasına başlanılıb.
“AzPolitika.info” Rusiya Təhsil Nazirliyinin internet resurslarına istinadla xəbər verir ki, bu barədə Rusiyanın Təhsil Naziri Valeri Falkov İnsan Hüquqları Müvəkkili Tatyana Moskalkova ilə görüşü zamanı bildirib.
Təhsil Naziri qeyd edib ki, Ukraynadakı vəziyyətlə əlaqədar Avropa ölkələrində təhsil alan rusiyalı tələbələr universitetlərdən qovulurlar: “Biz tələbələrimizin hüquqlarını qorumaq üçün bütün lazımı addımları atırıq. Universitetdən qovulan tələbələrimiz, imtahansız və ödənişsiz Rusiya universitetlərində təhsillərini davam etdirə bilərlər”
Qeyd edək ki, bu məlumatın yalan olması, ruslarda Qərbə nifrət yaratmaq, Putinin işğalçılıq siyasətinə haqq qazandırmaq üçün qəsdən ortaya atıldığı da istisna deyil.
“AzPolitika.info”


Şərhlər