Menu

Ukraynada neft anbarı partladılıb - Güclü yanğın başlayıb + VİDEO

28.02.2022, 17:34
Ukraynada neft anbarı partladılıb - Güclü yanğın başlayıb + VİDEO

Ukraynanın şimal şərqində yerləşən Sumı vilayətinin Axtırka şəhərində neft anbarında güclü partlayış baş verib.

Bu barədə Sumı vilayətinin regional dövlət administrasiyasının rəhbəri Dmitri Jivitski öz “Telegram” kanalında məlumat verib.

O qeyd edib ki, neft anbarı Rusiya ordusunun hücumu nəticəsində partladılıb.

O, həmçinin əlavə edib ki, hadisə yerində güclü yanğın başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol