Menu

Bakıda qardaşını 25 manat borca görə bıçaqlayan şəxsə hökm oxunub

28.02.2022, 20:06
Bakıda qardaşını 25 manat borca görə bıçaqlayan şəxsə hökm oxunub

Bakıda qardaşını bıçaqlamaqda təqsirləndirilən Azər Ağalarova hökm oxunub və o, 3 il müddətin azadlıqdan məhrum edilib.

"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

İttiham aktına əsasən, hadisə ötən ilin iyulunda Nəsimi rayonu ərazisində qerydə alınıb.

Belə ki, Azər Ağalarov qardaşı Anar Ağalarovu mübahisə zamanı belindən bıçaqlayıb. Yaralı dərhal xəstəxanaya yerləşdiirlib və onun həyatını xilas etmək mümkün olub.

Daha sonra Azər Ağalarov saxlanılıb və barəsində Cinayət Məclləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Azər Ağalarov məhkəmədə dindiirlən zaman deyib ki, qardaşı Anar uzun müddətdir narkotik vasitələrdən istifadə edib. O, hadisənin qardaşına borca verdiyi 25 manat pulun qaytarmaması səbəbindən baş verdiyini söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol