Menu

Böyük Britaniya vətəndaşlarına Rusiyaya səyahət etməmək tövsiyə edilib

28.02.2022, 22:13
Böyük Britaniya vətəndaşlarına Rusiyaya səyahət etməmək tövsiyə edilib

Böyük Britaniya öz vətəndaşlarına Rusiyaya səyahət etməməyi tövsiyə edib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, Xarici İşlər Nazirliyi vətəndaşlarına Böyük Britaniyaya qayıtmaq üçün mövcud uçuş variantlarının az olması və Rusiya iqtisadiyyatında artan dəyişkənliyi əsas gətirərək, bu ölkəyə səyahət etməməyi tövsiyə edib.

Nəqliyyat naziri Qrant Şapps isə bildirib ki, o, Britaniyanın bütün limanlarına məktub yazıb, onlardan Rusiya bayraqlı, qeydiyyatdan keçmiş, mülkiyyətində olan, nəzarət edilən, icarəyə götürülmüş və ya idarə olunan hər hansı gəmilərə girişi təmin etməməyi xahiş edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol