Menu

Litvada Belarus səfirliyinə hücum olub

01.03.2022, 00:10
Litvada Belarus səfirliyinə hücum olub

Litvada bir qrup nümayişçi Belarus səfirliyinə hücum edib. Etirazçılar Belarus bayrağını endirərək, yerinə Ukrayna bayrağı qaldırıblar. Bu barədə fevralın 28-də yerli KİV-ləri hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla xəbər veriblər.

Məlumatına görə, insident fevralın 27-də baş verib.

Yerli polis hadisə yerində içərisində alışqan maye olan 3 şüşə aşkarlayıb və götürüb. Hücum edənlər binanın divarını zədələyib, sonra yandırıblar.

Xəbərə görə, hadisədən sonra 28 və 33 yaşı olan iki nəfər saxlanılıb, onlara qarşı cinayət işi qaldırılıb.

Başqa bir xəbərdə isə deyilir ki, fevralın 25-də Litvanın paytaxtında Ukraynanı dəstəkləyən aksiyanın iştirakçıları Rusiya diplomatını Vilnüsdəki səfirlik binasının yanında döyüblər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol