Menu

“Shell” “Şimal axını-2” layihəsində iştirakını dayandırmaq istəyir

28.02.2022, 22:59
“Shell” “Şimal axını-2” layihəsində iştirakını dayandırmaq istəyir

“Anglo-Holland Shell” “Saxalin-2” layihəsi də daxil olmaqla, “Qazprom” və “Qazprom Neft” ilə birgə müəssisələrdən çıxmaq və “Şimal axını-2”-də iştirakını dayandırmaq qərarına gəlib.

APA xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.

“Bu gün Qazprom və əlaqəli qurumlarla, o cümlədən “Saxalin-2” maye qaz zavodunda 27,5% pay və “Salym Petroleum”da 50% pay da daxil olmaqla, birgə müəssisələrdən çıxmaq niyyətini açıqladıq.

Shell” həmçinin “Şimal axını-2” layihəsində iştirakını dayandırmaq niyyətindədir”, - deyə bəyanatda qeyd olunur.

Şirkət qərarını Ukraynada baş verən hadisələrlə əsaslandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol