Menu

Qazaxıstanda Rusiya telekanallarının yayımı dayandırılıb - Ukrayna ilə bağlı yalan xəbərlərə görə

01.03.2022, 00:25
Qazaxıstanda Rusiya telekanallarının yayımı dayandırılıb - Ukrayna ilə bağlı yalan xəbərlərə görə

Qazaxıstanın Qaraqanda vilayətində Rusiya federal telekanallarının yayımı söndürülüb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə fevralın 28-də RİA Novosti agentliyi məlumat yayıb.

Rusiya telekanallarının yayımını Şaxtinsk vilayətinin «Remstroyservis» televiziya və internet-provayder şirkəti dayandırıb.

«Bütün Rusiya federal kanallarına biz müvəqqəti olaraq, «Xarar 24» (Qazaxıstanın dövlət telekanalı - Red.) kanalını qoşmuşuq. Xahiş edirik ki, anlaqla qarşılayasınız» - «Remstroysevis»in teleqram-kanalındakı xəbərdə deyilir».

Şirkətdə bu addımı Rusiya kanallarının Ukraynadakı situasiya ilə bağlı yaydığı xəbərlərlə bağlı olduğunu bildiriblər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol