Menu

Putinə qarşı çıxan milyarderlərin sayı 3 oldu

01.03.2022, 00:08
Putinə qarşı çıxan milyarderlərin sayı 3 oldu

Putinin Ukraynanı işğal cəhdinə qarşı çıxan rusiyalı milyarderlərin sayı artır.

“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, “Tinkoff” bankının təsisçisi və sahibi olan milyarder Oleq Tinkov da Ukraynada aparılan müharibənin və insanların ölümünün yolverilməz olduğunu bəyan edib. Bankı və biznesi Qərbin sanksiyalarına tuş gələn Tinkov “İnstaqram”dakı paylaşımında bildirib ki, dövlətlər pullarını insanların müalicəsinə, xərçəng üzərində qələbə çalmağa xərcləməlidirlər, müharibəyə yox.

Xatırladaq ki, bundan öncə daha iki rusiyalı milyarder – Mixail Fridman və Oleq Deripaska da müharibə ilə bağlı narazılıqlarını bildiriblər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol