Menu

Azərbaycanın hava məkanında intensivlik müşahidə olunur - FOTO

01.03.2022, 13:49
Azərbaycanın hava məkanında intensivlik müşahidə olunur - FOTO

Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın hava məkanından istifadə edən təyyarələrin sayı artıb.

“AzPolitika.info” “flightradar 24” saytına istinadla xəbər verir ki, hazırda Avropadan Asiya ölkələrinə səfər edən təyyarələrin əsas marşurut xətti Azərbaycan ərazisindən keçir.

Qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropa İttifaqı ölkələri Rusiyaya məxsus mülki və hərbi təyyarələri öz hava məkanlarına buraxmırlar.

Avropa İtiifaqının bu qərarından sonra ötən gün Rusiya da öz hava məkanını Avropa ölkələrinə bağladığını açıqlayıb. Bundan sonra hər iki tərəf hava marşurutu xəttlərində dəyişiklik etməli olublar. Ona görə də, hazırda Avropa-Asiya hava marşurutu üzrə hərəkət edən təyyarələr Azərbaycanın hava məkanından intensiv istifadə etməyə başlayıblar.

“AzPolitika.info” 


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol