Xarkovda Rusiya Hərbi Kəşfiyyatının (QRU) xüsusi təyinatlılarının 2-ci briqadasının elit rus xüsusi təyinatlı əsgərləri əsir götürülüb.
Bu barədə ukraynalı hərbi jurnalist Yuri Butusov "Facebook" səhifəsində yazıb.
Xüsusi təyinatlılardan birinin videosunu paylaşan bloqer onların hönkür-hönkür ağladıqlarını qeyd edir: "Xüsusi təyinatlılar briqadasının 781-ci dəstəsinin komandiri Maksim Veretexin Ukraynaya getdiyi üçün ağlayır və təbliğat aparanları ittiham edir”.
"AzPolitika.info"


Şərhlər
Kül başına ay rus ordusu! QRU-nun əsgərinə baxın! Zavallı XTQ! Bəli, buna görə də rusiyalı ekspertlər xüsusilə qeyd edirlər ki, yaxşı ki, rusiya Ukraynaya qarşı döyüşür Azərbaycana qarşı yox! Zəlil günə qalsınınız. Allah Ukraynaya kömək olsun!