Menu

"Bəzi müəllimlər məktəbdə başqa işlərlə məşğul olurlar" - Təhsil naziri

01.03.2022, 15:37
"Bəzi müəllimlər məktəbdə başqa işlərlə məşğul olurlar" - Təhsil naziri

"Bəzi hallarda müəllimlər məktəbdə birbaşa uşağın öyrənməsinə xidmət edən fəaliyyətlə deyil, digər inzibati işlərlə məşğul olurlar. Bu, aparılan monitorinqlər zamanı məlum olub".

"Report" xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, müəllimlərin bir qisminin məktəbdə zamanı idarə etməyi, sinifdənkənar işi tənzimləmələri ilə bağlı təlimlərə ehtiyacı var: "Ona görə də dərsdən sonrakı saatlarda həmin işləri görə bilərlər ki, dərs zamanı səmərəli istifadə olunsun".

Nazirliyin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev isə qeyd edib ki, məktəblərdə müəllimlərin dərs yükü ilə bağlı keyfiyyət monitorinqləri aparılır: "Müəyyən olunub ki, müəllimlər tədris prosesinə fayda verməyən müəyyən rutin işlər görür. Nəticələrə baxılacaq və gələcəkdə həmin yükün azaldılması mümkün olacaq".

Şərhlər

Elşən 2022-03-01 16:28:30

Müəllimlər məktəbdə sinifdə dərs keçmirlər ki evə yanıma gəlin 50 - ,60 manat verin öyrədim . Bu yazıq insanlar nə etsin

Elşən 2022-03-01 16:22:57

Müəllimlərin başqa işlə məşğul olmasını bilmək üçün məktəblərdə sinif və kalidorlarda kamera olmalı valideyinlər və nazirlik tərəfindən izlənməlidi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol