Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının sədr müavini və eks prezident Dmitri Medvedyev Fransanı müharibə hədələyib.
“Bu gün hansısa fransalı nazir dedi ki, bizə iqtisadi müharibə elan ediblər. Sözünüzə fikir verin, cənablar! Və unutmayın ki, bəşəriyyət tarixində iqtisadi müharibələr çox vaxt real müharibələrə çevrilib”, - deyə Medvedev “Twitter” səhifəsində yazıb.
Xatırladaq ki, Fransa Maliyyə Nazirliyinin rəhbəri Bruno Le Mer “Rusiyaya qarşı qlobal iqtisadi və maliyyə müharibəsi aparmağa” hazır olduğunu bəyan edib. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov onun sözlərini “yüksək konsentrasiyalı” təhlükə adlandırıb.
"AzPolitika.info"


Şərhlər