Menu

Gürcüstanın Aİ-yə daxil olmasının sürətləndirilməsi ilə bağlı sənəd hazırlanıb

01.03.2022, 19:06
Gürcüstanın Aİ-yə daxil olmasının sürətləndirilməsi ilə bağlı sənəd hazırlanıb

Gürcüstan parlamentinin Avropaya inteqrasiya Komitəsi ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyünə dair qətnamə layihəsi hazırlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidmətindən bildirilib.

Parlament 13 bənddən ibarət sənəddə Aİ-yə üzv dövlətlər və institutlardan Gürcüstanın ittifaqa daxil olmasının sürətləndirilməsi üçün bütün lazımı addımların atılması ilə bağlı çağırış edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol