Menu

RUS ORDUSUNUN İTKİLƏRİ AÇIQLANDI - Ukrayna MN məlumat yaydı

02.03.2022, 12:17
RUS ORDUSUNUN İTKİLƏRİ  AÇIQLANDI - Ukrayna MN  məlumat yaydı

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin sayı məlum olub.

Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, indiyədək 5 840 nəfər zərərsizləşdirilib, 211 nəfər əsir götürülüb.

Bundan başqa, işğalçı qüvvələrin 30 təyyarə, 31 helikopter, 211 tank, 862 zirehli döyüş maşını, 85 artilleriya qurğusu, 9 hava hücumundan müdafiə sistemi, 40 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 3 PUA, 2 qayıq, 355 avtomobil texnikası məhv edilib.

“Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, - deyə məlumatda vurğulanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol