Menu

Moskva birjalarında səhm ticarətinə qadağa - Üçüncü gündür satış yoxdur...

02.03.2022, 16:53
Moskva birjalarında səhm ticarətinə qadağa - Üçüncü gündür satış yoxdur...

Beynəlxalq enerji bazarlarında neftin qiyməti artmaqdadır. Bu, Rusiyanın Ukraynaya hərbi təcavüzünün bazara təsirini azaltmağı hədəfləyən yeni tədbirlər fonunda baş verir.

Artıq Brent neftinin barrelinin qiyməti 110 dollara çatıb. Son yeddi ildə neft ilk dəfədir bu həddə bahalanır. Bir gün öncə Beynəlxalq Enerji Agentliyi ehtiyat anbarlarından bazara 60 milyon barrel neft buraxmaq barədə razılığa gəlib.

Artıq üçüncü gündür Moskva birjasında səhm ticarəti təxirə salınır. Bu haqda Rusiyanın Mərkəzi bankı məlumat yayıb. Ancaq bu həftə ilk dəfə olaraq məhdud çərçivədə əməliyyatlara icazə veriləcəyi qeyd olunur.

Qərbin sanksiyalarından sonra rubl rekord həddə ucuzlaşıb. Xarici birjaların siyahısında olan Rusiya şirkətlərinin səhmləri düşür.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol