Rusiya-Ukrayna böhranı fonunda dənli bitkilərin qiyməti sürətlə artmağa başlayıb.
“AzPolitika.info” “CNBC”-yə istinadla xəbər verir ki, ötən gün buğdanın qiyməti son 14 ildə ilk dəfə bu səviyyəyə yüksəlib.
Məlumatda qeyd olunur ki, dünən buğdanın qiyməti 5,35 faiz artaraq buşeli 984 sentə (10 dollardan yuxarı) qədər bahalaşıb.
Buğdanın 2008-ci ildən bəri ilk dəfə bu qiymətə təklif olunduğu bidirilir. Qeyd edək ki, dünya buğda ixracataının 25 faizindən çoxu Rusiya və Ukraynanın payına düşür.
Ona görə də, ekspertlər bu münaqişənin, qlobal səviyyədə buğda ehtiyatlarını azalda biləcəyindən narahatdırlar.
“AzPolitika.info”


Şərhlər