Menu

RUSİYANIN ƏLƏ KEÇİRDİYİ ŞƏHƏRDƏ ETİRAZ BAŞLAYIB - Hərbçilər atəş açıb (VİDEO)

02.03.2022, 18:04
RUSİYANIN ƏLƏ KEÇİRDİYİ ŞƏHƏRDƏ ETİRAZ BAŞLAYIB - Hərbçilər atəş açıb (VİDEO)

Rusiyanın işğal etdiyi Ukraynanın Melitopol şəhərində yüzlərlə dinc sakin kütləvi etiraz aksiyasına başlayıb.

“Report” Ukrayna KİV-ə istinadə xəbər verir ki, əllərinə Ukrayna bayrağı alan etirazçılar “Melitopol Ukraynadır”, “Burada hakimiyyət bizik”, “Ayıb olsun” şüarları ilə nümayiş keçirirlər.

Videogörüntülərdən məlum olur ki, nümayişçilər şəhər mərkəzindəki hərbi texnika karvanını qova bilirlər. Daha sonra atəş səsi gəlir. Hərbçilərin hansı istiqamətdə atəş açdığı məlum deyil.

Qeyd edək ki, fevralı 26-da Rusiya Silahlı Qüvvələri Ukraynanın Melitopol şəhərini işğal edib. Şəhər əhalisi 155 min nəfər civarındadır. Bu, Ukraynanın rəsmi şəkildə itirdiyi ən böyük şəhərdir.

Şərhlər

Türk Turan 2022-03-02 19:47:01

Əhsən Ukrayna xalqına, halaldı! Allah Ukraynaya kömək olsun! Allah işğalçılara lənət eləsin!

miri 2022-03-02 18:35:54

Ukrayna xalqına eşq olsun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol