Menu

Ukraynada Rusiya hərbçiləri yerli əhali tərəfindən əsir götürülüb - VİDEO

03.03.2022, 00:24
Ukraynada Rusiya hərbçiləri yerli əhali tərəfindən əsir götürülüb - VİDEO

Ukraynanın Baştanka şəhərində rus silahlı hərbçiləri yerli əhali tərəfindən əsir götürülüb. Bu barədə Oxu.Az-a Ukrayna Azərbaycanlıları Radasından (UAR) məlumat verilib.

Bildirilib ki, Azərbaycan Konqresinin Ağsaqqallar Şurasının sədri, Baştanka şəhərinin deputatı olan həmvətənimiz, fermer olan Kamran Qasanov Ukraynanın Baştanka şəhərindən keçən rus silahlı qüvvələrinin qarşısını alıb: “Rusların texnikaları zərərsizləşdirilib və silahlı şəxslərin bir qismi meşəyə qaçıb. O özü ilə bərabər digər azərbaycanlılarla könüllü dəstə yaradaraq silahlanıb, iki silahlı rus hərbçisini əsir götürüb.

Onların üzərindən iki ədəd "Kalaşnikov" tipli avtomat, SVD, MUXA qradları, hər birində 8 daraq olmaqla 4 ədəd qradı tərkisilah ediblər. Burada yaşayan azərbaycanlılar silahlanıb, Ukraynanın müdafiəsinə qalxıblar”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol