Menu

Ruslar Enerqodarda mülki insanları atəşə tutur - VİDEO

03.03.2022, 20:08
Ruslar Enerqodarda mülki insanları atəşə tutur - VİDEO

Rusiya qoşunları Enerqodara yaxınlaşaraq nəzarət-buraxılış məntəqəsini atəşə tutublar. Bu barədə Enerqodar meri Dmitri Orlov Telegram-da bildirib.

Onun sözlərinə görə, düşmən iri hərbi texnika kolonnası ilə nəzarət-buraxılış məntəqəsini atəşə tutub və mülki əhaliyə qarşı silahdan istifadə edir.

Orlov bildirib ki, düşmənin 100-ə yaxın zirehli texnikası Enerqodara daxil olub. Mer yerli sakinləri evdə qalmağa və pəncərələrə yaxınlaşmamağa çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol