Menu

Vətən müharibəsi könüllüləri ilə bağlı təkliflər paketinin hazırlanması təklif olunub

04.03.2022, 12:38
Vətən müharibəsi könüllüləri ilə bağlı təkliflər paketinin hazırlanması təklif olunub

Azərbaycanda Vətən müharibəsində iştirak edən könüllülərlə bağlı təkliflər paketinin hazırlanması təklif edilib.

“Report”un xəbərinə görə, bu təkliflə deputat Əli Məsimli parlamentin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsinin müzakirəsi zamanı çıxış edib.

O bildirib ki, müharibə veteranları ilə bağlı məsələ artıq öz həllini tapıb: “Ancaq könüllülərlə bağlı bəzi məsələlər açıq qalıb. Hesab edirəm ki, Vətən müharibəsində iştirak edən könüllülərlə bağlı təkliflər paketi hazırlanmalıdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol