Menu

Milli Məclis Azərbaycanda iki rayonun ləğv edilməsinə razılıq verib

04.03.2022, 13:02
Milli Məclis Azərbaycanda iki rayonun ləğv edilməsinə razılıq verib

Milli Məclis Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının ləğv edilməsinə dair layihəni qəbul edib.

"Report"un xəbərinə görə, bununla bağlı “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Layihədə Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının ləğv edilməsi təklif edilir. Dəyişikliklə Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələri Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilir.

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Şərhlər

Gəncə 2022-03-05 21:48:55

Onsuzda bunlar korrupsiyadan başqa heç bir işlə məşğul deyildilər.Düzgün qərardır.Çoxdan ləğv olunmalıydı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol