Menu

Türk Qızıl Aypara Cəmiyyəti Ukraynaya humanitar yardımlarını davam etdirir - Daha 3 yük maşını Ukraynaya göndərilib

04.03.2022, 14:30
Türk Qızıl Aypara Cəmiyyəti Ukraynaya humanitar yardımlarını davam etdirir - Daha 3 yük maşını Ukraynaya göndərilib

Türk Qızıl Aypara Cəmiyyətinin humanitar yardım daşıyan 3 yük maşını Ədirnədəki Həmzəbəyli Sərhəd məntəqəsindən Ukraynaya yola salınıb.

“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türk Qızıl Aypara Cəmiyyəti Ukraynaya humanitar yardım və maddi dəstəyini davam etdirir.

Türk Qızıl Aypara Cəmiyyətinin Kırklareli Regional Birliyinin müdiri Bilgehan İzmirlioğlu bildirib ki, Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra Ukraynada yaşayan mülki şəxslərə humanitar yardımlar davam edir: “Bir neçə gün öncə Ukraynaya sığınacaq materialları, çadırlar, Təcili yardım, gigiyena ləvazimatları və mobil qidalanma vasitələri göndərdik. Bu gün isə təcili yardım ləvazimatları, qida, uşaq bezlərindən ibarət 3 yük maşınıda Ukraynaya yola salındı. Bu yardımlar Ukrayna Qırmızı Xaç rəsmiləri və Türk Qızıl Aypara Cəmiyyəti ilə birlikdə mülki vətəndaşlara paylanılacaq”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol