Bu gün İrəvanda Ukraynada hərbi əməliyyatlar aparan Rusiyaya dəstək aksiyası keçirilib. Oxu. az-ın məlumatına görə, ermənilər aksiya zamanı Rusiya bayrağı ilə yanaşı SSRİ bayrağı da dalğalandırıblar.
Üstəlik, aksiya iştirakçıları faşizm əleyhinə şüarlar da səsləndiriblər.
Məqsədləri yaltaqlıq olsa da, ermənilər keçirdikləri aksiya ilə həmçinin başqa mətləbləri də ortaya qoyublar.
Bundan əlavə ortaya ikrahdoğuran bir mənzərə də çıxıb. Belə ki, elə aksiyanın keçirildiyi şəhərdə faşist Qaregin Njdeyə heykəl qoyanların “faşizmə yox” şüarları səsləndirməsi ən yüngül şəkildə desək həyasızlıqdan başqa bir şey deyil.


Şərhlər
haylar özlərinə ölūm arzulayırlar əllərindəki plakat da bunu təsdiqləyir
Sozun bitdiyi yer. Bes ne oldu, dunene qeder bagirirdiniz ki, rusiya sizleri satib? Indi yaxshi oldular? Ikiuzluluyun son derecesi.